Goranboyda itkin düşən məktəbli tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov "Unikal"a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Ü.İsayevin yeri Bakı şəhərində müəyyən olunaraq Goranboy rayonuna gətirilib və ailəsinə təhvil verilib.

Məlumata görə, məktəbli Bakıya dostu ilə gedibmiş.

Xatırladaq ki, rayonun Səfikürd kənd tam orta məktəbin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu 18.08.2025-ci il tarixdə evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

*** 

Goranboyda itkin düşən məktəbli axtarılır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Unikal"a bildirib ki, şəxsin yerinin müəyyən edilərək, ailəsinə təhvil verilməsi istiqamətində Goranboy RPŞ-də tədbirlər həyata keçirilir.

***

Goranboyda məktəbli itkin düşüb.

"Unikal"ın məlumatına görə, rayonun Səfikürd kənd tam orta məktəbin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu 18.08.2025-ci il tarixdə evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Məktəblinin yaxınları bildirib ki,  Ümid İsayevin itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

Tural Əhmədov