Oğuzda qəza zamanı ağır xəsarət alan qadın xəstəxanada ölüb.
"Unikal" xəbər verir ki, Oğuz rayonunda qəza zamanı ağır bədən xəsarətləri alan 1992-ci il təvəllüdlü Aygün Quliyeva bu gün Qəbələ Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, iki gün öncə Oğuz rayonunun Kərimli kəndində qarşısına inək çıxan xanım sürücü qəza törədərək hadisə yerində dünyasını dəyişmişdi.
Seymur Əli