Artıq yeni dərs ilinin başlanmasına az bir müddət qalır. Özlərinin dediklərinə görə, valideyinlərin hazırda qarşılaşdığı əsas problemlərdən biri məktəbli formaları ilə bağlıdır. İnsanların bir qismi qiymətdən, digər qismi isə keyfiyyətdən narazıdır.
Unikal.org-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, böyük bir nazirliyin və 40 minlik müəllim ordusunun bir fabrikin lobbiçiliyini aparması yanlış addımdır:
"Bununla bağlı gün ərzində 2-3 həftə ərzində 20-22 zəng daxil olur təşkilatımıza. Məktəbli geyiminin parçası, standartı müəyyən olunub elan edilməlidir. Açıq, şəffaf şəkildə açıqlanmalıdır ki, kim harda, necə istəsə onu tikdirib Azərbaycan bazarında satsın. Belə olduğu halda qiymətlər aşağı düşər və narazılıq aradan qalxar. Dünyanın elə bir ölkəsində elə bir fabrik yoxdur ki, onun arxasında 40 min müəllim ordusu, bir nazirlik, bir neçə yüz məktəb dayansın. Bu istiqamətdə çox yanlış addım atıldı.
E.Hüseynovun sözlərinə görə, bu sahədə bir fabrikin məhsul istehsal etməsi azad bazar iqtisadiyyatınaın prinsiplərinə tamamilə ziddir:"Standart elan olunmalı, dövlət orqanları bu standarta uyğun olmayan müəssisələri standarta uyğunlaşmağa məcbur etməli, lazım olarsa texniki dəstək də gösrəməlidir. Vaxtilə bir qolu uzun biri gödək paltar tikən "Voladarski fabrikin sələfləri Azərbaycan bazarında öz istədiklərini edib oyun çıxarırlar. Bu istehlakçının seçim hüququnun pozulmasıdır. Azad bazarın inkişafının əleyhinə olan işlərdən imtina olunmalıdır.
Həsən Babayev