Azərbaycana dolların bahalaşmasını bəhanə gətirən əczaçılıq məhsullarının Azərbaycanda ən böyük idxalçıları olan şirkətlər paytaxt Bakı ilə yanaşı, regionlarda dərman satışını dayandırıblar. 

Unikal.org-a dərman satışı ilə məşğul olan bir neçə sahibkar müraciət edərək bildiriblər ki, artıq apteklərdə dərman qıtlığı yaranıb. 

"5 gündür ki, depolardan dərmanlar ala bilmirik. Buna görə müxtəlif bəhanələr gətirirlər. Amma bizə dərman sifariş verən pasiyentlər hazırda özlərini lazimi dərman perepartlarını tapa bilmirlər. Xahiş edirik ki, bu məsələyə bir çarə tapılsın. 

Sahibkarlardan biri onu da deyib ki, belə gedərsə Azərbaycanda dərmanların qiyməti ya kəskin bahalaşacaq ya da ki, ümumiyyətlə, əksər məhsulların satışı dayandırılacaq. Bu da insanlarda ciddi problemlərə gətirib çıxaracaq. Belə görünür ki, Azərbaycanda ən böyük paya sahib olan dərman inhisarçısı olan şirkətlər dolların bahalaşmasından yetərincə istifadə etmək niyyətindədirlər. Onun üçün 5 günə yaxındır dərmanların depolardan alınması müşkül məsələyə çevrilib. 

Digər sahibkar isə deyir: "Bir şəkər xəstəsi var. 5 gündür dərman üçün müraciət edir. Heç kimi yoxdur. Ağır vəziyyətdədir. Dərman tapa bilmir. Biz bu cür adamlara nə deyək?".

Image result for

Qeyd edək ki, "Zeytun apteklər şəbəkəsi və 2002-ci ilin aprel ayında fəaliyyətə başlamış Avromed Company MMC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Sözü gedən şirkətlər demək olar ki, Azərbaycanda ən böyük dərman paya malik inhisarçı mövqeyindədir. Səhiyyə sahəsində həyata keçirilən dövlət proqramları üzrə tenderlərin şəriksiz qalibidirlər.

Image result for Avromed