"Arsenal"ın futbolçusu Məsut Özil Türkiyə yığmasının DÇ-2018 perspektivi haqda danışıb.
Unikal.org-un Apasport.az saytına istinadən məlumatına görə, türk əsilli yarımmüdafiəçi alman jurnalistlərə açıqlama verib.
"AÇ-2016-da hər kəs Türkiyədən daha böyük uğur gözləyirdi. Amma futbolda heç də həmişə istədiyini edə bilmirsən. İndi isə hədəf DÇ-2018-dir. Türkiyə yığmasının mundiala hazırlaşmaq üçün yetərincə vaxtı var.
"Ay-ulduzlular" daha güclü şəkildə geri dönəcək, buna heç kimin şübhəsi olmasın", - deyə məşhur oyunçu bildirib.
Qeyd edək ki, Türkiyə yığması Fransada keçirilən Avropa çempionatında qrupdan çıxa bilməmişdi.