Müxalifətin üzv pripiskası ifşa olundu
10:16 17-02-2016
İQTİSADİYYAT
Həbs olunan Elvin Paşayev həbsxanadan məktub göndərdi: "Müsavatın üzvü deyiləm..."
Azərbaycan müxalifətinin acınacaqlı durumda olması heç kimə sirr deyil. Sonuncu parlament seçkisi ərəfəsində siyasi varlığını nöqtələyən radikallar seçkidən sonra tamamilə iflas duruma düşüb. Seçkilərdən sonra heç nə ilə yadda qalmayan müxalifət özünü yalnız mətbuat səhifələrində gündəmdə saxlamaqla baş qatmağa çalışır. Amma deyəsən, artıq real fəaliyyətdən məhrum olan müxalifət indi də yalan və saxta "faktlar"la özünü gündəmə daşımaq istəyir. Hər halda ötən gün mətbuatda adı müxalifətçi kimi hallanan Elvin Paşayevin həbsxanadan göndərdiyi təkzib məktubu həmin qüvvələrin növbəti iflası adlandırıla bilər.
Belə ki, yanvarın 23-də narkotik maddələrin satışı ittihamı ilə həbs edilən müsavatçı gənc Elvin Paşayevin sosial şəbəkələr və mətbuatda təcridxanada özünün yazdığı iddia olunan məktubu yayılıb. Məktubda gənc fəal heç bir partiyanın üzvü olmadığını, ölkə başçısının siyasətini dəstəklədiyini və həbsindən siyasi şou düzəldildiyini deyir.
Elvin Paşayevin yayılan həmin məktubunu olduğu kimi təqdim edirik: "Mən - Paşayev Elvin Cavanşir oğlu bəyan edirəm ki, heç bir siyasi partiyanın üzvü deyiləm. Həbsimin siyasiləşdirilməsinə qəti şəkildə etiraz edirəm. Mətbuat və sosial şəbəkələrdə mənim Müsavat Partiyasının üzvü, hətta həmin partiyanın Qubadlı rayon təşkilatının Gənclər təşkilatının sədri kimi təqdim edilməyim tamamilə əsassızdır.
Həbsimin yanlışlıq olduğunu düşünüb, tezliklə hüquq-mühafizə orqanlarının bu yanlışlığı aradan qaldıracağına ümid edirəm.
Mən heç vaxt Müsavat Partiyasına üzv olmaq üçün ərizə yazmamışam. Həmişə öz pedaqoji fəaliyyətimlə məşğul olmuşam. Cənab prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti bəyənir və dəstəkləyirəm.
Ümidvaram ki, möhtərəm prezidentimizin müdaxiləsi nəticəsində azadlığıma qovuşacam. Həbsim ətrafında siyasi şou yaradılmasına və bundan siyasi məqsədlərlə istifadəsinə qəti şəkildə etiraz edirəm".
Gənc məhbusun təzadlı məktubu ilə bağlı partiyanın mövqeyini öyrəndik.
Müsavatın Divan üzvü, E.Paşayevin hüquqlarını qoruyan Nemət Kərimli fevralın 16-da onunla görüşəcəyini bildirdi: "Onunla fevralın 16-da görüş planlaşdırıram. Ondan sonra məsələni dəqiqləşdirəcəm. Xəbərin doğru olduğunu deyə bilmərəm. Əgər belə bir məktub yazıbsa, onun hüququdur. Elvinlə görüşdükdən sonra dəqiq məlumat verəcəm".
Müsavat Gənclər Təşkilatının idarə heyətinin üzvü Əbülfəz Sadıqbəyli E.Paşayevin partiya üzvü olduğunu söylədi: "Məktubu tam olaraq oxumamışam. Vəkil onunla görüşdükdən sonra hər şey, eləcə də özünün yazıb-yazmadığı məlum olacaq. O, partiya üzvüdür. Vəkilin görüşündən sonra dolğun açıqlama vermək mümkündür. Çünki indi məsələnin nə yerdə olduğunu bilmirik".
Xatırladaq ki, "Hədəf" hazırlıq kurslarında müəllim işləyən E.Paşayev yanvarın 23-də işə gedərkən saxlanılıb. Onun barəsində narkotik maddələrin satışı ittihamı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Hazırda gənc fəal 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53