"Qara bazar"da valyuta məzənnəsi ilə bağlı vətəndaşlara sms göndərilməsinin qarşısı alınıb.
Unikal.org-un məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov Trend-in sorğusuna cavab olaraq bildirib ki, sentyabrın 6-da mobil rabitə istifadəçilərinə qanunsuz mənbələrə istinadən valyuta məzənnəsi haqqında yanlış məlumatlar barədə sms göndərilib:
"Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq dövlət orqanları ilə birlikdə apardığı tədbirlər nəticəsində bu qanunsuz fəaliyyətin qarşısı alınıb".