AFFA-nın, eləcə də Hakimlər komitəsinin rəhbəri Xaqani Məmmədovun adı növbəti qalmaqalda hallanır. Qurumda hakimlik adı altında külli miqdarda pul yeyintisi olur.

Unikal.org-un əldə etdiyi məlumata görə, UEFA hər il hakimlərin inkişaf proqramına görə 100 min avro (təxmini 176 min manat) Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının büdcəsinə pul keçirir. Ancaq bu məbləğin sadəcə 40 faizə qədəri hakimlərin 2 dəfə xaricdə keçirilən təlim-məşqləri üçün xərclənir. Qalan hissəsi isə AFFA rəhbərliyinin cibinə gedir. Həmin puldan nəsibini alanlardan biri də HK-nın sədri Xaqani Məmmədov olduğu deyilir.

Məlumatda o da bildrilir ki, kamitənin bəzi üzvləri bununla bağlı şikayət də ediblər.

Qeyd edək ki, artıq 5 ildir UEFA Azərbaycanın hakimliyin inkişaf konvensiyasını qəbul edib. Bunun üçün də AFFA-nın büdcəsinə hər il pul keçirir. Birinci il 200 min (352 min manat) avro ödənilib. Növbəti illər isə bu rəqəm 50 faiz azaldılıb, 100 min avroya düşüb. Hazırda da 100 min avro ödənməkdə davam edir.

Aygün