Cazibədar aparıcı özəl bayramını qeyd edir.
Unikal.org primetime.az-a istinadən xəbər verir ki, 7 sentyabr tarixində Azərbaycan efir məkanının ən cazibədar simalarından olanAfaq Gəncəlinin doğum günüdür. Əməkdaşımızın təbrik zənginə cavab verən Afaq özəl bayramında ona edilən diqqətlə bağlı oxucularımızı məlumatlandırdı:
"Artıq bir neçə gündür, təbrik və hədiyyələri qəbul edirəm. Mənim üçün bu həyatda ən önəmli olan sevdiyim insanlardan diqqət və qayğı görməkdir. Məncə, bir insanın bundan böyük xoşbəxtliyi ola bilməz".
Afaq onu da vurğuladı ki, ad gününü təmtəraqsız qeyd edir:
"İnşallah, qismət olsa, gələcək illərdə digər doğum günlərimi sevdiyim insnların əhatəsində keçirəcəm. Yaşıma gəldikdə isə, həyatın çətinliklərini görən bir insan olmağıma baxmayaraq, ruhum 18 yaşındadır. Sadiq tamaşaçılarımın təmənnasız sevgisini hiss etməkməni yaşayıb-yaratmağa ilhamlandırır".