Rəfael Allahverdiyevin məşhur ticarət mərkəzi boşaldılır - FOTOLAR
Devalvasiya Bakının ən məşhur ticarət mərkəzini "vurdu".

Son günlər paytaxtda bir sıra ticarət mərkəzlərinin boşaldılması ilə bağlı mətbuatda məlumatlar yer almaqdadır.
Unikal.org xəbər verir ki, Hazırda Nərimanov rayonu, Gənclik metrosunun çox yaxınlığında "Caspian Shopping" Ticarət Mərkəzi də boşaldılır. Hadisə yerində olan əməkdaşımıza açıqlama verən sahibkarlar bildiriblər ki, devalvasiyadan sonra alış-veriş aşağı düşüb. Bu səbəbdə də fəaliyyətlərini davam etdirə bilmirlər. Üstəlik arenda pulu da yüksəkdir. Ona görə də, yeganə çıxış yolu obyektləri boşaltmaqdır.
Xatırladaq ki, "Caspian Shopping" Ticarət Mərkəzi Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və mərhum Rəfael Allahverdiyevə məxsusdur. Hazırda həmin obyekt onun oğlu tərəfindən idarə olunur.
Rəfael
Rəfael
Rəfael
Rəfael
Rəfael
Rəfael
Rəfael
Rəfael
Rəfael
Rəfael