"Azərbaycan vətəndaşlarının Türkiyədə, İranda və digər ölkələrdə müalicə olunması səhiyyəmizin vəziyyətinin acınacaqlı olduğunu göstərir.
Bu fikirləri Unikal.org-a Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan səhiyyəsində islahatlardan və inkişafdan danışmaq olmaz:
"Hər hansı bir ölkədə dövlət həyatını, ictimai sferanı ayrı-ayrılıqda müzakirə etmək olmaz, çünki bunlar hamısı bir-biri ilə sıx əlaqəlidir. Azərbaycan səhiyyəsi də ölkə iqtisadiyyatının, təhsilinin, sosial sahənin vəziyyətindədir. Hesab edirəm ki, səhiyyəmiz də hazırda böhranlı vəziyyətini yaşayır. Səhiyyənin təşkili və idarə edilməsində çox ciddi qüsurlar var. Azərbaycan vətəndaşlarının Türkiyədə, İranda və digər ölkələrdə müalicə olunması səhiyyəmizin durumunun acınacaqlı olduğunu göstərir. Baxmayaraq ki, Azəraycan səhiyyəsinin vəziyyəti dünya standartlarına oxşardı, ancaq pullu xidmət dünyada ən yüksək vəziyyətdədir. Bu da onun korrupsioner bir sistemə çevrildiyini göstərir. Bir sözlə Azərbaycan vətəndaşlarının hərbi hüquqi və.s təhlükəsizliyi təmin olunmadığı kimi sağlamlıq hüquqları da təmin olunmur.
Səhiyyədə irəliləyişdən islahatdan danışa bilmərik. Problemlərin həlli istiqamətində iş görmək üçün külli miqdarda vəsait lazımdır. Bu da ölkədə iqtisadi həyatın saflaşdırılmasını tələb edir.
Həsən Babayev