Sentyabrın 7-də müdafiə sənayesi naziri Yavər CamalovGürcüstanın Azərbaycandakı səfiri Teimuraz Şaraşenidzeni qəbul edib.

Unikal.org-a Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, nazir Azərbaycanla Gürcüstan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və iki dost, qonşu dövlət arasında mövcud olan əlaqələrin daha da inkişaf edəcəyini vurğulayıb.

Yavər Camalov nazirliyin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Görüşdə Gürcüstanın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi Giorgi Kvirikaşvili də iştirak edib.