Milli Məclisin payız sessiyası çərçivəsində komitə iclasları öz işinə başlayır.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, sentyabrın 8-da ilk olaraq İctimai birliklər və dini qurumlar komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçiriləcək. Daha sonra digər komitələrin iclaslarına start veriləcək.

Sentyabrın 30-da isə MM-in payız sessiyasının ilk plenar iclası olacaq.