Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 760 nömrəli Fərmanına və "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, â„– 7, maddə 423; 2003, â„– 10, maddə 585; 2004, â„– 8, maddə 617, â„– 9, maddə 678; 2005, â„– 10, maddə 910; 2008, â„– 9, maddə 798, â„– 11, maddə 970; 2009, â„– 3, maddə 162, â„– 7, maddə 523; 2010, â„– 2, maddə 80) 2-ci, 3-cü, 16-cı və 17-ci hissələri ləğv edilsin.
2. "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, â„– 3, maddə 162, â„– 7, maddə 533, â„– 12, maddə 983; 2010, â„– 2, maddə 80, â„– 10, maddə 851; 2011, â„– 2, maddə 85, â„– 10, maddə 897) 1-ci və 2-ci hissələri ləğv edilsin.
3. "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 iyul tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, â„– 7, maddə 525; 2010, â„– 8, maddə 725) 1-ci hissəsi ləğv edilsin.
4. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1019 IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 282 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, â„– 6, maddə 497) 2.3-cü bəndi ləğv edilsin.