Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, Parisdə 4 ildir vətəndaş nigahında olduğu biznesmen, "AlloCine saytının yaradıcısı Jan- David Blan tərəfindən döyülən 40 yaşlı aktrisa xəstəxanaya yerləşdirilib. Bu barədə Fransa mətbuatı yazıb.
Məlumata görə, sentyabrın 6-na keçən gecə aktrisa polisə zəng edərək əri tərəfindən döyüldüyünü şikayət edib. O, xəstəxanaya şok vəziyyətində və güclü ağrılar, ürək bulanması və baş gicəllənməsi şikayətləri ilə çatdırılıb. Həkimlər Melissanın bədənində göyərtilər aşkarlayıb.
Qeyd edək ki, Melissa Corcla Jan-David Blan 2011-ci ildə "BAFTA mükafatının təqdimatı zamanı tanış olub. Həmin ildə aktrisa keçmiş həyat yoldaşı, çilili rejissor Klaudio Dabeddən boşanıb. O, 2012-ci ildə Jan-Davidlə sevgili olub. Cütlüyün Rafael və Solal Semyuel Qlenn adlı iki oğulları var.