Məşhur yamaykalı atlet, "Uçan adam" ləqəbli Useyn Bolt sevgilisi Kasi Bennetlə barışıb.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, "Rio 2016 Yay Olimpiya Oyunlarından sonra iştirak etdiyi bir partidə 20 yaşlı braziliyalı qızla əylənən Boltu, 2 ildir birlikdə olduğu sevgilisi tərk etmişdi.

Useyn etdiyi səhvi anlayıb və sevgilisi ilə barışmaq üçün əlində gələni edib. Nəticədə cütlük barışıb və bunu tətilə çıxaraq qeyd ediblər.

Tətildən qayıdarkən Bolt sosial mediada Kasinin ona "Hə dediyini yazıb. Bu isə cütlüyün yaxın zamanlarda evlənə biləcəyi iddialarını gündəmə gətirib.