Dünya çempionatları tarixində yeni rekord qeydə alınıb. Unikal.org Apasport.az-a istindən xəbər verir ki, qvatemalalı Karlos Ruis mundialların seçmə mərhələlərində ən çox qol vuran futbolçu ünvanına yiyələnib.
O, bunu DÇ-2018-in seçmə mərhələsinin Sent-Visent və Qrenadinlə matçda rəsmiləşdirib. 9:3 hesablı qələbəyə 5 qolla töhfəsini verən 37 yaşlı hücumçu matçdan sonra milli karyerasını başa vurduğunu açıqlayıb.
Ruis bu 5 qolla seçmə mərhələlərdəki hesabını 39 topa çatdırıb. Bu matçadək 34 qolu olan qvatemalalı İran yığmasının azərbaycanlı futbolçusu Əli Daeiyə məxsus rekordu arxada qoyub. Sonuncu DÇ-lərin seçmə oyunlarında 35 qol vurub.
Qeyd edək ki, Ruis rekord etsə də, yığması növbəti mərhələyə adlaya bilməyib.