Vergilər Nazirliyi  dövlət büdcəsinə ödənişlərinin həcmini açıqlayıb. 

Nazirlikdən unikal.org-a daxil olan məlumata görə, 2016-cı ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 351 milyon 970 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,3 faiz əməl edilib.

Hesabat dövründə 75806 vergi ödəyicisi qeydiyyata alınıb.