ABŞ Müdafiə Nazirliyi (Pentaqon), Qara dəniz üzərində bir Rus döyüş təyyarəsinin ABŞ-a aid bir hərbi kəşfiyyat gəmisini və müşahidə etmə təyyarəsini təqib etdiyini açıqladı.
Pentaqon sözçüsü Kapitan Jeff Davis, AA müxbirinin sualına, Rusiyaya aid Su-27 tipli reaktiv təyyarəsi Qara dəniz üzərində beynəlxalq hava sahəsində ABŞ Donanmasına bağlı P-8A Poseidon tipli hərbi təyyarəyə bu gün "yaxın məsafədə və etibarsız şəkildə" yaxınlaşdığını deyib.
ABŞ təyyarəsinin təkrarlanan əməliyyatlar üçün Qara dəniz üzərində uçduğunu ifadə edən Davis, Rus təyyarəsinin 19 dəqiqə havada uçuşunu davam etdiyini qeyd etdi.
Davis, ABŞ Donanması təyyarələri və gəmilərinin Rusiyaya aid hərbi ünsürlərlə təkrarlanan şəkildə bölgədə qarşılaşdığını, bir çox dəfə bunların "etibarlı və peşəkar" şəkildə meydana gəldiyini ifadə edərək, bunları qeyd etdi:
"Ancaq bunun kimi etibarsız manevrlər hərbi çaxnaşmaya gətirib çıxarır. Bu tədbirlər gərəksiz yerə gərginliyi yüksəltmə potensialı daşıyır və səhv qiymətləndirmələr və ya qəzalarla nəticələnə bilər."
ABŞ Müdafiə naziri Ashton Carterin İngiltərə səfəri zamanı jurnalistlərə bildirib ki, Rus təyyarəsinin Amerika təyyarəsinə əvvəl 10 metr qədər yaxınlaşdığını, bir ara bu məsafənin 3 metrə qədər olduğunuda deyib.
Unikal.org