Kütahyada aparılan yol təmiri işlərində qeyri-adi daşlar tapılıb.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, Ağsu və Fındıcak kəndləri arasında meşə yolu çəkən işçilər, qazıntı işləri zamanı çoxlu sayda üzəri daş parçalarla örtülmüş top gülləsinə rast gəliblər. Vəziyyəti səlahiyyətli şəxslərə bildiriblər və ərazidə araşdırmalar aparılıb.
Kütahya muzeyinin direktoru açıqlamasında daş güllələrin Roma dövrünə aid olduğunu bildirib. Eyni zamanda qeyd edib ki, daş güllələr qalalarda müdafiə məqsədi ilə istifadə olunub.