Ermənistanın baş naziri Ovik Abramyan istefa verib.
Unikal.org "news.am" saytına istinadənverdiyi xəbərə görə, bu barədə baş nazir hökumətin bu gün keçirilən iclasının yekununda bildirib. O istefa səbəblərini ölkədə iqtisadi və hərbi problemlərin olması ilə əlaqələndirib.
Qeyd edək ki, O. Abramyan 13 aprel 2014-cü ildən Ermənistanın baş naziri vəzifəsinin icra edib. O, bu vəzifədə hazırda Avrasiya iqtisadi komissiyasının sədri Tiqran Sarkisyanı əvəzləyib.Ermənistan mətbuatında yeni baş nazirinİrəvanın keçmiş meri, "Qaprombankın prezidentinin birinci müavini Karen Karapetyanın olacağı bildirilir.