Amerikalı məşhur müğənni Miley Cyrus, atası Billy Ray Cyrusla duet oxumaq qərarına gəlib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, amerikalı məşhur müğənni Miley Cyrus, atası Billy Ray Cyrusa dəstək olub.
Yeni albom hazırlıqları ilə məşğul olan Billy Ray qızı ilə 9 dəqiqəlik "Prayer" adlı kompazisiya yazdırıb.
Duet haqqında müğənninin atası qeyd edib ki: " Həmin an Miley ağlına gələn və gördükləri haqqında oxudu. Mahnı dünyanın dağılmasından və qlobal problemlərdən söz açır. Amma yüksək əhval-ruhiyyəli mahnı alındı" .