Taekvondo üzrə dünya və Avropa çempionatları mükafatçısı, beynəlxalq turnirlərin qalibi Ramin Əzizov uzun zamandır idmandan uzaq düşməsinin səbəbini açıqlayıb.
Unikal.org-un məlumatına görə, AzNews.az-a açıqlamasında Yay Olimpiya Oyunlarında aldığı zədə səbəbindən iştirak etmədiyini bildirib: "Uzun müddətdir idmanda görünməməmə səbəbim zədə ilə bağlı idi. Elə Olimpiya oyunlarına da bu problem üzündən gedə bilmədim. Yarış öncəsi ayağım iki dəfə eyni yerdən sınmışdı, amma indi vəziyyətim yaxşıdır. Hətta bir müddətir ki məşqlərimi də bərpa etmişəm.
İdmançımız iranlı baş məşqçi ilə olan münasibətlərindən də danışıb: "Mən taekvondoçuyam, o, bizim məşqçimizdir. Qalan heç nəyə fikir vermirəm. Mənim üçün vacib olan güclü olub, məşqimi etməkdir.