Əlillərin, məcburi köçkün və qaçqınların, əhalinin güzəşt hüququ olan digər kateqoriyalarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onların aylıq gəlirlərinin vergidən azad olunan məbləğləri 2 dəfəyədək artırılıb.
Unikal.org "vergiler.az saytına istinadla bildirir ki, bu, vergi qanunvericiliyində edilmiş dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliklərə əsasən, I-II qrup müharibə əlillərinə muzdlu işlə əlaqədar aylıq gəlirinin vergi tutulan məbləğinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutan güzəşt hüququ bütün qruplardan olan müharibə əlillərinə şamil edilib.