Hindistanda sürücülük vəsiqəsinin surətini "DigiLocker adlı mobil proqrama yükləməyə icazə verilib.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, "Sürücülük vəsiqəsi rəqəmli versiyaya keçir adlanan yeni sistem barədə hindistanlı siyasətçi Ravi Şankar Prasad öz "Twitter hesabında məlumat paylaşıb.
Yeni sistemdə sürücülər sənədlərin kağız versiyasını öz üzərində daşımalı olmayacaq, sadəcə, smartfonu yol patrul xidməti əməkdaşlarına göstərmək kifayət edəcək.
Mobil proqramda qeydiyyatdan keçmək üçün telefon nömrəsini daxil etmək lazımdır.