"Səs Azərbaycan yarışmasının finalçısı Samirə Əfəndiyeva media nümayəndələri ilə görüşüb.
Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, ifaçı tədbirdə sözləri Vaqif Səmədoğlu, musiqisi Mobil Babayevə məxsus "Sən gələndə mahnısına çəkdirdiyi klipini təqdim edib.
Klipin rejissoru Abbas Səlimbəyov, musiqi prodüseri əməkdar artist Tünzalə Ağayeva və geyim məsləhətçisi modelyer Gülnarə Xəlilova olub.
Təqdimat mərasiminə qatılanlar arasında T.Ağayeva da yer alıb. Müğənni tələbəsinin yeni işindən bəhs edib. O bildirib ki, istedadlı gənclərə dəstək olmağa çalışır.
S.Əfəndiyeva mahnını ilk təqdim etdiyini və çox bəyənildiyini deyib:
"Mahnı çox bəyənildiyi üçün ona klip çəkdirdik. Düşünürəm ki, maraqlı bir iş alınıb. Bu mahnıda vokal imkanlarımı göstərməyə çalışmışam. Bəstəni məndən əvvəl Mübariz Tağıyev oxuyub. Mən də həmin mahnını uğurlu oxumağa çalışdım.
Gecənin qonaqları arasında müğənni Samira Allahverdi, Murad Arif, modelyer Gülnarə Xəlilova yer alıb.