73-cü Venesiya Film Festivalına məşhur İtalyan porno ulduzu Rocco Siffredi damğasını vurdu.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, rejissorlar Thierry Demaziere və Alman Teurlai tərəfindən porno ulduz Rocco Siffredinin həyatı haqqında çəkilmiş "Rocco" filimi böyük marağa səbəb olub.
Qırmızı geyimdə ailəsi ilə birlikdə filimin təqdimatına gələn porno kralı, paparazzilərə yaxalanıb.
Filimin təqdimatından sonra 52 yaşlı porno katyoru Siffredin mətbuat konfransında maraqlı açıqlamayla yadda qalıb:
"Hər çəkilişdən sonra evə gedəndə günahımı yumaq üçün həyat yoldaşım Roszadan üzr istəyirəm" deməsi mətbuatda böyük əks-səda yaradıb.
O ailəsi və anası haqqında da danışıb:
"Anam rahib olmağımı istəyirdi. Amma mənim taleyim şeytanın özü olan seksə sürüklədi. Çox çətin bir peşəsinin sahibiyəm. Ailəmdən böyük dəstək görürəm. Həyat yoldaşıma porno filimin çəkilişi zamanı tanış olmuşam. Roszad mənə çəkiliş zamanı dedi ki, bu iş mənlik deyil. Bunu deyəndən sonra ona aşiq oldum və 25 il əvvəl evləndik. İndi hər çəkiliş sonrası günahımı yumaq üçünözündən əfv diləyirəm və o məni bağışlayır. Yoxsa ailəmlə birlikdə qırmızı xalçada boy göstərmə üzüm olmazdı".