Venesiya Komissiyası sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı ilkin rəyi referenduma bir həftə qalmış hazırlayacaq və ictimaiyyətə təqdim edəcək.

Unikal.org xəbər verir ki, bu barədə APA-ya Venesiya Komissiyasından məlumat verilib. Məlumatda bildirilir ki, daha sonra ilkin rəy təsdiq üçün Venesiya Komissiyasının 14-15 oktyabr tarixlərində Venesiyada keçiriləcək plenar sessiyasına təqdim olunacaq.

Xatırladaq ki, AŞPA-nın sentyabrın 5-də keçirilən büro iclasında Azərbaycanda keçiriləcək referenduma dair rəy verməsi üçün Venesiya Komissiyasına müraciət etməklə bağlı qərar qəbul edib.