ABŞ-da yayımlanan "Ugly Betty" serialının tanınmış aktyoru Michael L. Breanın son vaxtlar psixoloji problemlər yaşadığı bildirilib.

Unikal.org Milli az-a istinadən xəbər verir ki, aktyorun qonşuları ötən gün onun evindən qışqırıq səsləri gəldiyini eşidib və "911" polis xidmətinə zəng ediblər. Hadisə yerinə gələn polis evə girməyə nail olub.
 
Ortaya çıxan mənzərə isə hər kəsi təəccübləndirib. Araşdırmalar zamanı, aktyor Michael L.Breanın ruhi xəstə olduğu və son dövrlərdə anasına qarşı bıçaqla zor tətbiq etdiyi, habelə bəzi qəribə hərəkətlər etdiyi ortaya çıxıb. 



Actor: Brea had appeared in one episode of hit TV show Ugly Betty