Xalq artisti Muxtar Maniyevin vəziyyəti normallaşıb.
Unikal.org bildirir ki, M.Maniyevin həyat yoldaşı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, aktyor hazırda Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsində müalicə alır:
"Dünən və bu gün vəziyyəti yaxşı olub. Hiss olunur ki, irəliləyiş var. Həkimlər sağ olsunlar, əllərindən gələni etdilər. Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Hikmət Həsənov, Muxtarın həkimi Fəzilə Xalıqova böyük əziyyət çəkdilər, mən onlara minnətdarlığımı bildirirəm. Qan azlığı var idi, aradan qaldırıldı. Huşu aydındır. Düzdür, hələ ki, reanimasiya şöbəsindədir, amma istəyirik, yaxın günlərdə evə aparaq".
Qeyd edək ki, M.Maniyevin səhhəti sentyabrın 2-də pisləşib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.
M.Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.