Azərbaycan (Naxçıvan Muxtar Respublikası) və Ermənistanın şəhərlərini birləşdirəcək dəmir yolu xətti inşa etməyi planlaşdırır.

Unikal.org "Report"a istinadən xəbərinə görə, bu barədə İranın yol və şəhər inkişafı naziri Abbas Axundiyə məlumat verib.

Axundi bildirib ki, İran ölkənin şimal şəhəri Rəşt və Türkiyəni dəmir yolu vasitəsi ilə birləşdirməyə çalışır.

"Biz Rəştdən Zəncan və Təbriz istiqamətində bütün dəmir yollarını hazırlayırıq. Bu dəmir yolu Türkiyə, Ermənistan və Naxçıvanın şəhərlərini birləşdirəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində həm qatarların hərəkət sürətinin, həm də yük daşıma gücünün artırılması nəzərdə tutulub. Axundi bildirib ki, bu plana, Azərbaycanla birləşdirilmək üçün Təbriz və İranın Gilan əyalətinin şəhərləri də daxildir.

Ermənistan və Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu əlaqəsi çoxdan mövcuddur, lakin o, Dağlıq Qarabağ münaqişəsi səbəbindən hazırda fəaliyyət göstərmir.