Cüdoçumuz Ramil Qasımov finalda Ukrayna təmsilçisi Solovey Dmitro üzərində qələbə qazanaraq Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

Unikal.org bildirir ki, bu Azərbaycan yığmasının XV Yay Paralimpiya Oyunlarında ilk qızıl medalıdır.

Qeyd edək ki, Azərbaycan cüdoçusu Ramil Qasımov (73 kq) ilk mərhələdə Kuba təmsilçisi Gerardo Rodriqezi məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə Ramil Qasımov Almaniya təmsilçisi Nikolay Kornhassa qalib gələrək finala yüksəlib.