Azərbaycan yığması Rio-2016 Paralimpiya Oyunlarında daha bir medal qazanıb.

 
Unikal.org-un Apasport.az-a istinadn məlumatına görə, atlet Yelena Çebanu gümüş medala layiq görülüb.

 
O, 100 metrə məsafəyə qaçışda ikinci yeri tutub. Çebanu 11.71 saniyə nəticə göstərib. Paralimpiya çempionu isə kubalı Omara Durand olub - 11.40 saniyə.

 
Qeyd edək ki, daha əvvəl cüdoçular Ramil Qasımov qızıl, Bayram Mustafayev gümüş, Rövşən Səfərov isə bürünc medal qazanıb.