Hüquq -mühafizə orqanları əməkdaşları Rusiyanın İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsinin rəis müavini, general-mayor Denis Nikandrovun evində axtarış işləri aparıb.
Unikal.org "RBC-ya istinadən xəbər verir ki, axtarışlar zamanı general-mayorun evindən təxminən 8 milyard rubl məbləğində vəsait müsadirə olunub.
"Yekun məbləğ hələ də məlum deyil. Onun evindən yalnız keş götürülüb, hələlik nə qədər olması barədə məlumat yoxdur. Bu istiqamətdə iş gedir, - mənbə bildirib.
Qeyd edək ki, general Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilməsinə səbəb onun "Şakro Molodoy ləqəbli qanuni oğru Zaxariya Kalaşovla əlaqələrinin olmasına görə həbs olunub.
Nikandrov bir milyon dollar müqabilində "Şakro Molodoy ləqəbli kriminal avtoritetin cinayət işinə xitam veriləcəyinə söz verib.