Almaniyada sərnişin gəmisi  körpü ilə toqquşub.

Unikal.org Modern-ə istinadən xəbər verir ki, hadisə zamanı iki ekipaj üzvü həlak olub.


Qəza sentyabrın 10-dan 11-nə keçən gecə Reyn-Mayn-Dunay kanalında qeydə alınıb.


Polisdən verilən xəbərə görə, körpü ilə toqquşma nəticəsində gəminin taxtapuşu tamamilə dağılıb.


Qeyd edək ki, Erlanqendən Budapeştə gedən gəmidə 180 sərnişin və 49 komanda üzvü olub. Onlar 4 saat kömək gözləməli olublar. Yerli vaxtla səhər saat 6-da gəmidəkilərin hamısı sahilə gətirilib.

 

Xilasetmə əməliyyatına 600-dən çox adam cəlb olunub. Qəzanın səbəbi aydınlaşdırılır.