Macarıstanın siyasəti Avropa Birliyinin normaları ilə uyğunlaşmır.
Bunu "Die Velt qəzetinə müsahibəsində Lüksemburq Xarici İşlər naziri Jan Asselborn söyləyib.
Onun sözlərinə görə, məhz bu cür ölkəni Avropa Birliyindən uzaqlaşdırmaq lazımdır. O, Macarıstan hökumətinin qaçqınların qarşısını almaqdan ötrü hasarlar ucaltdığını, söz azadlığına təhdid yaratdığını bildirib. Asselborn Avropa Birliyini qorumaq üçün yeganə imkanın Macarıstanı Alyansdan uzaqlaşdırmaq olduğunu söyləyib.