Tschick filmini çəkmək üçün pul tapa bilməyən prodüser Fatih Akın çətin vəziyyətə düşüb.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, prodüser əvvəllər çəkdiyi filmlərdə heç vaxt maddi çətinlik çəkmədiyini, lakin "The Cut filmindən bəri maliyyə tapa bilmədiyini söyləyib:
"Necə oldusa birdən uğursuz prodüser olmağa başladım. Əlbəttə ki, narahat oluram. Şirkətim və işçilərim var, onlara maaş verməliyəm. Ailəmin ehtiyaclarını qarşılamalıyam. Buna görə hər şeyi edərəm, hətta banka da soyaram. Lakin, hələ o vəziyyətə gəlməmişəm.
Qeyd edək ki, "Tschick yazıçı Volfqanq Herrndorfun eyni adlı romanı əsasında ssenariləşdirilib.