Dini mərcəyi-təqlid alimlərindən Ayətullah Nuri Həmədani Mina faciəsinin ildönümündə etdiyi çıxışında Mina faciəsi şəhidlərinin ailələri və yaxınlarına müjdə verib.
Unikal.org deyerler.org-a-a istinadən bildirir ki,Ayətullah Nuri Həmədani açıqlamasında, Allah Təalanın (c.c) Mina şəhidlərinə xüsusi bir nemət bəxş etdiyini deyərək, belə danışıb: "Şəhadət qanın qılınca qalib gəlməsi deməkdir. Şəhidlik üstün bir məqamdır, Mina şəhidləri də şəhadətlərilə İslam dininin əzəmətini göstərdilər. Niyə? Çünki İslamda ən uca məqam şəhadət məqamıdır".
Ayətullah Nuri Həmədani daha sonra sözlərini bu cür davam edib: "İngilislər tərəfindən yaradılan vəhhabilik, hələ yarandığı ilk gündən etibarən qan tökməyə başladı, batil inancları səbəbilə minlərlə müsəlmanı şəhid etdilər. 1216-ci hicri ilində Kərbəlaya hücum edərək, şəhəri qarət etdilər və 7000 müsəlmanı öldürdülər.
Vəhhabilik İslamın baş bəlasıdır; müsəlmanlar indiyə qədər Quran və Əhli-beyt (ə) vasitəsilə birliyi, bərabərliyi və vəhdəti təmin etməyə çalışıblar, amma qlobal güclər Səudiyyə sülaləsinin köməyi ilə müsəlmanlar arasında ixtilaf yaradıb.
Müsəlmanlar siyasi, etiqadı və mədəni sahələrdə vəhdətin təmin edilməsini israr etdilər. Amma İbn Teymiyyə "Mimhacus-Sünnət" adlı kitabında batil təəssübü və düşmənçiliyi sayəsində, şiələrin inanclarını inkar edərək, şiələrə saysız-hesabsız böhtan atdı, şiə və sünnilər arasında kin və nifrətin yaranmasına səbəb olub. İbn Teymiyyənin batil fikirlərini davam etdirən Məhəmməd bin Əbülvəhhab ingilislərin dəstəyi və istiqamətləndirməsilə müsəlmanları kafir elan edərək, hələ başlanğıcda müsəlmanların mallarını qarət etdi, canlarını halal saydı, qətlə yetirdi.
Səudiyyə rejiminin 1986-ci ildə "Qanlı cümə" kimi tarixə düşən gündə iranlı hacıları Məkkədə qətlə yetirdilər. Keçən il də Minada minlərlə hacını şəhid etdilər. Vəhhabiliyin kökü quruyacaq, vəhhabilər Mina şəhidlərinin qanlarında boğulacaqlar.
Səudiyyə rejiminin neft dollarları sayəsində təkfirçi İŞİD terror təşkilatını qurdu, ABŞ və sionistlərin köməyilə müsəlmanlara qarşı cinayət törətməyə başladılar".
Ayətullah Həmədani Bəhreyn haqqında isə bunları deyib: "Bəhreyn xalqı bu hadisələrdə həqiqətən də çox zəhmət çəkdi, amma qan vermədikcə, şəhid vermədikcə qələbəyə nail olmazlar. Bəhreyn xalqı qələbəyə nail olmaq üçün kəfən geyinərək, şəhadətə hazırlanmalıdır.
Qan ilə başlayan bütün hərəkatlar müvəffəqiyyətə nail olur, Aşura da elə bu cür olmuşdur. İmam Hüseyn (ə) qan məktəbini qurdu və bu qan insanların qəlbinə sirayət edərək, insanları daim bu cərəyanı yad etməyə sövq etdi. İmam Hüseynin (ə) qanı İslamın mənfəətini təmin etdi, Mina şəhidlərinin qanı İslamın əzəmətini göstərdi".