Image result for Anar Behrudi"Rüstəm Behrudi tələskənlik edib.

Unikal.org xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar şair Rüstəm Behrudinin sözügedən qurumdan istefa bəyanatına münasibət bildirərkən deyib. 

AYB sədrinin sözlərinə görə, tələsməyə ehtiyac yox idi: "Təbrik də olacaq, tədbir də. Sadəcə indi Yazıçılar Birliyinin binası təmirdədir.

Üstəgəl, qurumda böyük əksəriyyət məzuniyyətdədir. Təmir bitib, hamı məzuniyyədən qayıdandan sonra onun ad gününü təbii ki, qeyd edərik.

Anar R.Behrudini istedadlı şair adlandırıb və deyib ki, o, olduqca tələsik qərar verib. "Bəlkə, reklam, piar üçündür deyə versiya yürüdən AYB sədri daha sonra vurğylayıb: "Amma belə piar əsl şairə yaraşmaz. Rüstəm isə əsl şairdir.