Tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası müəyyənləşəcək.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Qaz təchizatı haqqında” qanunun tətbiqi barədə imzaladığı Fərmanda əksini tapıb.
Nazirlər Kabineti qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını hazırlayıb 9 ay ərzində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabinetinə bu müddət ərzində tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını hazırlamaq da tapşırılıb.