Yol polisi sabahki yeni dərs linin başlanması ilə əlaqədar olaraq sürücülərə xəbərdalıq edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Unikal.org-a açıqlamsında bildiri ki, sabah yeni dərs ilinin başlanması ilə əlaqədər olaraq yol hərəkətinin intensivliyində sıxlıq müşahidə olunacaq və bu da təhlükəsizlik təbdirlərinin görülməsini zəruri edir:
"Təhsil müəssisələri, onlara bitişik küçə və yollar polis tərəfindən nəzarətə götürülərək aidiyyatı üzrə xidmət davam etidiriləcək. Yol hərəkətində xüsusi sıxlığın yaşanmaması üçün sürücülərə müraciət edirik ki, yol hərəkərəkətinə maneəçilik törədən ərazilərdə avtomobilləri park etməsinlər. Yollların hərəkət hissəsində, ikinci cərgədə, yolların kəsişmə hissəsinə yaxın məsafədə, piyadalar üçün nəzərdə tutulmuş ərazilərdə park edən avtombil sürücüləri ilə bağlı qanun çərçivəsində ciddi tədbirlər görüləcək. Həmin ərazidə yol polisinin xidmət aparıb-aparmamasından asılı olmayaraq vətəndaşlar bunu nəzərə almalıdırlar.
V. Əsədof birinci sinfə gedən şagirdin 4-5 maşınla müşaiyyət olunması məsələsinə də toxunub:
"Birinci sinfə gedən şagirdin arxasınca 4-5 bəzədilmiş avtomobil gedir. Bu avtomobilin həmin məktəb əraizisndə park edilməsi böyük sıxlığın yaranmasına səbəb olur. Bu vəziyyət keçən il müşahidə edildi. Bu ildə baş verəcəyini deyə bilmərəm.
Təsəvvür edin, o məktəbin ətrafında nələr baş verir. Vətəndaş olaraq hər birimiz bunu düşünməliyik. Hər küçənin kəsişməsində bir yol polisi əməkdaşı xidmət apara bilməz. Biz də birinci sinfə gedənləri təbrik edirik, valideyinlərinin sevincinə qoşuluruq. Eyni zamanda xəbərdarlıq edirik, avtomobilləri elə yerdə park etsinlər ki, digər hərəkət iştirakçılarının hərəkətinə mane olmasınlar. Bakı şəhərinin bir çox hissəsinə quraşdırılmış texniki vasitələr yol hərəkətinin vəziyyətini izləməyə imkan verir. Buna görə də sürücülərdən müraciətimizi nəzərə almaqlarını xahiş edirik.
Həsən Babayev