Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 110-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-100 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 102 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 24 m3/s olmaqla, ongünlük normanın 27 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 30 m3/s təşkil edərək ongünlük normanın 33 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Salyanda 6, Bankədə isə 8 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 414 sm (2015-ci il sentyabrın 14-də 320 sm), Salyanda 237 sm (2015-ci il sentyabrın 09-da 97 sm), Bankədə 197 sm (2015-ci il sentyabrın 14-də 159 sm), Araz çayının Novruzlu məntəqəsində isə 125 sm (2015-ci il sentyabrın 14-də 40 sm) təşkil edir.