Göyçay rayon sakini Teyyub Xasməmmədov hər birinin çəkisi 20-30 kiloqram aralığında olan boranılar yetişdirib.
Unikal.org EL TV-yə (Region TV) istinadən xəbər verir ki, o, bu boranının toxumunu Rusiyadan gətirib.
Hər tağın üzərində 12-13 ədəd boranı əmələ gəlib. Aprel ayında toxumu torpağa basdıran Teyyub Xasməmmmədov məhsulu oktyabr ayında yığmağa planlaşdırır.
O, bu, boranının dadının yerli növlərdən fərqlənmədiyini bildirir. Göyçay sakini növbəti illərdə məhsuldarlığı ilə seçilən yeni boranı növünün əkildiyi sahəni genişləndirməyi nəzərdə tutur. "Bu bitki insan orqanizmi üçün faydalıdır. Onun tumundan dərman kimi istifadə etmək mümkündür deyə Göyçay sakini Teyyub Xasməmmədov bildirib.