"Küçə uşaqlarına dair seçmə statistik müayinənin nəticələrinin təhlili 

Sorğu olunmuş küçə uşaqlarının əsas sosial-demoqrafik xarakteristikası Müayinənin keçirilməsinin əsas məqsədi küçə uşaqlarının qarşılaşdıqları problemlər, onların küçədə işləməsinin səbəbləri, məşğul olduqları əmək növləri, eləcə də məruz qaldıqları təhlükələr barədə ətraflı məlumat əldə edilməkdən ibarət olub.

Dövlət Statistika Komitəsindən unikal.org-a verilən məlumata görə, statistik müayinə Bakı şəhərində yaşayan və seçməyə düşmüş 9-17 yaşda olan 208 baxımsız küçə uşağını, o cümlədən 165 oğlan və 43 qızı əhatə etmişdir. Sorğu olunanların təxminən yarısı 15-17 yaşında olan uşaqlar olub.
Image result for küçə uşaqları
Uşaqlara verilmiş suallar nəticəsində onların təxminən yarısının doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinə malik olduqları aşkarlanıb. Hər on uşaqdan biri bu sənədlərə malik olmadığını, 40 faizi isə ümumiyyətlə, onların mövcudluğu barədə heç nə bilmədiklərini söyləyib. Müayinənin nəticələrinə görə, sorğu olunanların yarıdan bir qədər çoxu Bakı şəhərinə xarici ölkələrdən və ya ölkənin digər şəhər və rayonlarından gəlmişlər. Oğlanların 56 faizi, qızların isə 12 faizi Bakı şəhərində anadan olmuş, müvafiq olaraq 42 və 84 faizi ölkənin regionlarından gəliblər.

Bakı şəhərinin yerli sakini olmayan küçə uşaqlarının hər beş nəfərindən biri Azərbaycanın paytaxtında 2-3 il, hər iki nəfərindən biri 4-7 il, hər dörd nəfərindən biri isə 7 ildən artıq yaşadığını bildirib. Müayinə aparılan dövrdə sorğu olunan uşaqların 35 faizi məktəbdə təhsil aldıqlarını və hər gün məktəbə getdiklərini bildirib. Sorğuda iştirak edən uşaqların 19 faizi və ya hər 7 oğlandan biri və hər 3 qızdan biri məktəbə getmədiyini söyləyib.
İcbari orta təhsil almalarını dayandırmış və ya heç bir zaman təhsil almayan uşaqlar bunun əsas səbəbi kimi kasıb olduqlarını və ya gələcəklərini qurmaq üçün pul qazandıqlarını göstəriblər.
Image result for küçə uşaqları
Küçə uşaqlarının ailə və yaşayış vəziyyəti 

Sorğu olunan küçə uşaqlarının ailə vəziyyəti barədə məlumatların təhlili sübut edir ki, məhz ailə problemləri küçə uşaqlarının yaranmasına şərait yaradır. Sorğu olunan 208 uşağın 94 faizinin ailəsi olub. Bununla belə, uşaqların 61 faizinin hər iki valideyni, təxminən üçdə birinin natamam ailəsi, yəni təkcə anası və ya atası, digərlərinin isə yalnız yaxın qohumları olub. Küçə uşaqlarının ailələrinin 90 faizində, özləri də daxil olmaqla, orta hesabla 18 yaşına çatmayan 2 uşaq olub.
Küçə uşaqlarının mövcudluğunun səbəblərindən biri də onların ailələrində yaranan maliyyə problemləridir. Müayinənin nəticələrinə görə, hər iki valideyni olan 126 uşağın cəmi 9 faizinin həm atası, həm də anası işləyir. Valideynlərinin biri və ya hər ikisi olan uşaqların 75 faizinin təkcə anası və ya atası işləyir, hər beş uşaqdan birinin heç bir valideyni işləmir. Uşaqların 40 faizinin ailəsi Bakı şəhərindən kənarda yaşayır. Hər üç oğlandan birinin və qızların 70 faizinin ailəsi ölkənin regionlarında, əsasən də Yevlax, Bərdə, Ağdaş və Ağsu rayonlarında yaşayırlar. Sorğu olunan hər 2 uşaqdan birinin ailəsi öz yaşayış yerini 1988-ci ildən, yəni Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı dövrdən sonra dəyişmişdir ki, bu da ölkədə küçə uşaqlarının formalaşmasına təsir edən amillərdən biridir. Küçə uşaqlarının 52 faizi öz ailələri ilə birgə qalır və ya onlarla əlaqəni kəsməyiblər. Uşaqların 39 faizi qohumlarının və 8 faizi dostlarının yanında yaşayır.
Image result for küçə uşaqları
Sorğuda iştirak edən uşaqların 57 faizi ailələri və ya qohumları ilə birlikdə kirayədə yaşayır. Bununla belə, oğlan və qızların yaşayış şəraiti bir-birindən xeyli fərqlənir. Qızların 75 faizi, oğlanların isə 53 faizi kirayədə, müvafiq olaraq 7 və 36 faizi ayrıca evlərdə (mənzillərdə), 16 və 7 faizi yataqxanalarda, 2 və bir faizi kommunal mənzillərdə məskunlaşıb.
Ailələri olan küçə uşaqlarının böyük əksəriyyəti valideynlərinin və ya qohumlarının yanında yaşamağa üstünlük verir. Belə ki, ailəsi olan küçə uşaqlarının 85 faizi, o cümlədən qızların 93 faizi, oğlanların isə 83 faizi həmişə öz ailəsinin və ya qohumlarının yanında gecələdiyini bildirib.
Sorğu olunan küçə uşaqlarının 80 faizi 2007-ci ilin yayında öz ailələrinin və ya qohumlarının yanında, 14 faizi fəaliyyəti dayandırılmış zavod və fabriklərin binalarında və ya tanışlarının yanında, 6 faizi isə mənzillərin zirzəmilərində, çardaqlarında və atılmış evlərdə gecələmişlər. Bir oğlan isə yayda gecələri açıq səma altında, küçə və parklarda keçirdiyini söyləyib. Qış aylarında küçə uşaqları daha çox öz ailəsi, qohumları və ya tanışları ilə birgə yaşamağa çalışırlar. Ötən qış uşaqların 82 faiz öz ailəsinin və ya qohumlarının, 11 faiz isə tanışlarının yanında, 7 faizi isə atılmış evlərdə, fəaliyyəti dayandırılmış zavod və fabriklərin binalarında və mənzillərin zirzəmilərində, çardaqlarında gecələmişdir. Küçə uşaqları əməyinin xarakteristikası Müayinənin məlumatlarına görə, bütün sorğu olunan küçə uşaqlarının gəlir mənbəyi vardır. Şüşə qabları və metal tullantıları yığıb təhvil verməyi və dilənməyi əmək fəaliyyətinin bir növü hesab etsək, o zaman bütün sorğu olunan küçə uşaqlarını işləyənlər kateqoriyasına aid etmək olar. Küçələrdəki uşaqların yarısı maşın yumaq (25 faiz) və dilənmək (25 faiz) yolu ilə pul qazanırlar.
Image result for küçə uşaqları
Müayinə zamanı əldə edilən məlumatlara görə, uşaqlar bir qayda olaraq, 10- 11 yaşlarında küçədə işləməyə başlayırlar. Bu uşaqların xüsusi çəkisi sorğu olunanların ümumi sayında 45 faiz təşkil etmişdir. Oğlan uşaqları qızlara nisbətən daha erkən yaşlardan işləməyə başlayıblar. Sorğu olunan oğlanların 29 faizi 10 yaşından, qızların isə 28 faizi 11 yaşından əmək fəaliyyətinə başladıqlarını bildirib.
Uşaqların əksəriyyəti öz ailələrinə maliyyə cəhətdən kömək göstərmək üçün işlədiyini qeyd etmişdir. Oğlanların 14 faizi ailə üzvləri tərəfindən işləməyə məcbur edildiyini qeyd etdiyi halda, qızların 44 faizi həmin səbəbi bildirmişdir. İstədiyi şeyləri almaq səbəbini oğlanların 16 faizi, qızların isə 14 faizi göstərib.
Küçə uşaqlarının yerinə yetirdiyi işlərin xarakteri gender bölgüsü ilə əlaqədar olmuş və oğlanların çoxu fiziki əməklə məşğul olduqlarını qeyd etmişdir. Sorğu olunan oğlanların təqribən üçdən biri maşınların yuyulması, 18 faizi şüşə qabların və utilin yığılıb təhvil verilməsi, 10 faizi yük daşımaq vasitəsilə pul qazandıqlarını qeyd etdikləri halda, qızların 61 faizi dilənçilik etməklə pul qazandığını bildirib.
Sorğuda iştirak edən uşaqların əksəriyyəti günün işıqlı vaxtlarında əmək fəaliyyəti ilə məşğul olmuşdur. Oğlanların üçdə ikisi, qızların isə 81 faizi təkcə gündüzlər işlədiyini bildirib. Qalan uşaqlar isə həm gündüzlər, həm də axşamlar əmək fəaliyyəti ilə məşğul olmuşlar. Küçə uşaqlarının 33 faizi sutkada 7 saatadək, yarıdan bir qədər çoxu 7-8 saat işlədiyini qeyd etmişdir. Sorğu zamanı qızların 74 faizi yerinə yetirdiyi işlərin çətin olduğunu, 23 faizi isə işdən sonra çox yorulduğunu etiraf etmişdir. Oğlanlar arasında bu göstəricilər müvafiq olaraq 63 və 37 faiz təşkil edib.
Image result for küçə uşaqları
Əksər hallarda uşaqlar yerinə yetirdikləri işləri özləri tapmışdır. Lakin, təxminən hər dörd uşaqdan biri valideynlərinin, hər on uşaqdan biri isə yaşca böyük olan qohumlarının və ailə tanışlarının köməyi ilə işlə təmin olunub. İşləyən uşaqların böyük əksəriyyəti (92 faizi) yerinə yetirdikləri işin müqabilində sahibkarlardan yalnız pul aldıqlarını bildirib.
Oğlan və eləcə də qızların hər beş nəfərindən dördü sorğudan əvvəlki həftə ərzində hər gün orta hesabla 3-5 manat pul qazandığını qeyd etmişdir. Oğlanların 3 faizində, qızların isə 12 faizində gündəlik gəlir 1-2 manat, müvafiq olaraq 15 və 9 faizində həmin məbləğ 6-10 manat təşkil edib. Müayinə məlumatlarına əsasən belə bir nəticəyə gəlmək olar ki, küçə uşaqlarının xərclərinin xarakteri sorğu olunanların cinsindən asılıdır. Belə ki, ərzaq məhsullarına oğlanlar (39 faizi) və qızlar (35 faizi) təxminən eyni məbləğdə pul ödəsələr də, qızlar paltarın alınmasına qazanclarının yarıdan çoxunu, oğlanlar isə cəmi beşdə bir hissəsini xərcləyib. Qızlar gündəlik gəlirlərinin 9 faizini, oğlanlar isə 18 faizini siqaretlərin alınmasına sərf edir.
Küçə uşaqlarının cins tərkibindəki fərq onların ərzaq və qeyri-ərzaq mallarına çəkdiyi xərclərin həcmində də özünü büruzə verir. Belə ki, oğlanların 53 faizi onların alınmasına gündə 2 manat, qızların isə 58 faizi 3 manat pul ödəmişdir. Ümumilikdə isə, uşaqların 96 faizi bu məqsədlərə gündə 2-3 manatdan çox olmamaq şərtilə pul xərclədiklərini bildirmişdir. Sorğu olunan uşaqların 89 faizi müxtəlif təşkilatlardan humanitar yardım aldıqlarını qeyd etmişdir. Humanitar yardım göstərən təşkilatlar arasında ən çox "İşıqlı Ev Günərzi Küçə Uşaqları Mərkəzi"nin adı hallanır. Küçə uşaqlarının sağlamlığı və təhlükəsizliyi Müayinənin nəticələrinə görə, küçə uşaqlarının həyat tərzi onların sağlamlığına təsir edir. Sorğu olunan oğlanların cəmi 3 faizi tamamilə sağlam olduqlarını, qızların isə heç biri özünü tam sağlam hesab etmədiklərini bildiriblər.
Image result for küçə uşaqları
Sorğu olunan hər on uşaqdan doqquzu İnsanın İmmunçatışmazlıq Virusu (İİV), Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) və cinsi yolla keçən xəstəliklər barədə məlumatlara malik olmadığını bildiriblər. Uşaqların sağlamlığını təmin edən mühüm amillərdən biri də gün ərzində kifayət qədər və düzgün qidalanmadan ibarətdir. Qızların yarıdan çoxu, oğlanların isə üçdə iki hissəsi lazımi səviyyədə qidalanmadığını qeyd etmişdir. Küçə uşaqları müxtəlif xəstəliklərdən başqa, digər təhlükələrlə də üzləşir. Qızların üçdə ikisi və oğlanların 60 faizi iş vaxtı döyülmədiklərini bildiriblər.
Uşaqların üçdə ikisi böyüklər tərəfindən onlara qarşı seksual xarakterli zorakılıq hallarının olmadığını söyləmiş, qalanları isə bu suala cavab vermək istəməmişdir. Sorğu olunan hər beş uşaqdan ikisi küçələrdə qazandığı pulun bir hissəsini hədə- qorxu altında kiməsə verib-vermədiyini söyləməkdən imtina etmişdir. Uşaqların üçdə bir hissəsindən çoxu qazandığı pulları hədə-qorxu altında heç kimə vermədiyini, hər səkkiz nəfərdən biri isə valideynlərinə və ya qohumlarına verdiyini bildiriblər. 
Sağlamlığı və həyatı təhlükə altında olan küçə uşaqları ətraf mühitə uyğunlaşmağa məcbur olurlar. Məhz buna görə, onlardan təminatlı ailələrdə valideynləri ilə birgə yaşayan həmyaşıdlarından nə ilə fərqləndikləri sualına 44 faizi həyatı daha gözəl başa düşdüklərini və insanları daha yaxşı tanıdıqlarını, dörddə bir hissəsi isə daha cəsarətli və qətiyyətli olduqlarını göstəriblər.
Image result for küçə uşaqları
Küçə uşaqları ilə aparılan söhbətlərdən belə bir nəticəyə gəlmək olar ki, onların çoxu hazırkı vəziyyətlərindən razı deyildir. Belə ki, onlardan yaşamaq və oxumaq üçün əlverişli şərait təklif olunarsa, küçə həyatından və işindən imtina edib-etməyəcəkləri barədə soruşulduqda, qız (91 faiz) və oğlanların (83 faiz) əksər hissəsi küçələri tərk etmək istədiklərini bildiriblər.
Sorğu əsasında müəyyən olmuşdur ki, küçə uşaqları yaşadıqları həyat tərzinin hansı səviyyədə olduğunu dərk edir və onların yarısı kiçik qardaş və ya bacılarının onların gördüyü işlə məşğul olmasını istəmədiklərini bildirmişdir. Qeyd etmək lazımdır ki, bir oğlandan başqa bütün sorğu olunan uşaqlar Allaha inandıqlarını bildirmişdir. Sorğu olunanların cəmi 2 nəfəri texniki peşəyə yiyələndiklərini qeyd etmişdir. Bununla belə, oğlanların 69 və qızların 61 faizi təhsil və ya təcrübə vasitəsilə hər hansı bir peşə növünü öyrənmək və müvafiq olaraq 18 və 30 faizi yalnız ümumtəhsil məktəbində oxumaq istədiyini bildirmişdir. Oğlanlar, eləcə də qızlar arasında ümumiyyətlə, təhsil almaq və ya peşə öyrənmək istəmədiyini söyləyənlərin xüsusi çəkisi böyük olub.
Image result for küçə uşaqları
Oğlanların böyük hissəsi hərbiçi, peşəkar idmançı olmaq, texnika (cihazlarla, maşınlarla, kompüterlərlə) və ya insanlarla işləmək (müəllim, satıcı olmaq) istədiklərini bildirmişdir. Hər beş qızdan ikisi müəllimə və ya satıcı olmaq, hər beş qızdan biri isə yaradıcılıqla məşğul olmaq (rəssam, musiqiçi, jurnalist olmaq) istədiyini qeyd edib.
Sorğu olunan hər üç oğlandan biri və hər beş qızdan biri gələcəkdə istədiklərinə nail olacaqlarına inanırlar. Eyni zamanda, hər dörd oğlandan və dörd qızdan biri arzularının həyata keçəcəyinə inanmadığını söyləyib. Qalan uşaqlar isə suala cavab verməkdən imtina ediblər.