Almaniyanın keçmiş kansleri Qerhard Şreder 19 illik nikahdan sonra arvadından boşanmaq niyyətindədir.

Unikal.org modern.az-a istinadən xəbər verir ki, keçmiş kansler və onun 53 yaşlı həyat yoldaşı Doris Şreder-Kepf artıq boşanmaq haqda ərizə ilə müraciət ediblər.

Boşanmalarına baxmayaraq, onlar Rusiyadan övladlığa götürdükləri iki uşağın qayğısına birgə qalacaqlar.

Bu 72 yaşlı Şrederin dördüncü boşanması olacaq. Boşanmanın səbəbi açıqlanmır.