Prezident İlham Əliyev rəsmən Azərbaycan Texniki Universitetinin rektorunu tutduğu vəzifədən azad edib. 

Unikal.org xəbər verir ki, prezident bununla bağlı sərəncam imzalayıb. Sənəddə deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:

Havar Əmir oğlu Məmmədov Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsindən azad edilsin".