Amerikanın ABC7 kanalının aparıcısı Co Torres xəbər proqramını ABŞ prezidentliyinə Demokratlar Partiyasının namizədi Hillari Klintonun guya "ölməsi ilə bağlı informasiya ilə başlayıb.

O deyib: "Biz Hillari Klintonun ölümü haqda təcili xəbərlə başlayırıq.

Unikal.org Modern.az-a istinadən bildirir ki, teleaparıcının sözlərinə görə, bu haqda Klintonun şəxsi həkimi məlumat verib. 
Telekanalın rəhbərliyi bəyan edib ki, aparıcı sözləri səhv salıb. O, health (sağlamlıq) yerinə death (ölüm) sözünü işlədib.