Bir həftə əvvəl Ukraynaya qohumlarıgilə gedən 1933-cü il təvəllüdlü Azərbaycan vətəndaşının geri qayıtmasında problem yaranıb.
Unikal.org "Report"-a istinadən xəbər verir ki, bu barədə yerli polisin məlumatında bildirilir.
Məlumata görə, qadın yad ölkəyə getdikdən sonra onun qohumları ilə əlaqəsinin olmadığı ortaya çıxıb.
Sonradan qadın təcili tibbi yardım maşını ilə dəmir yolu vağzalından Şmidt küçəsi, 26-da yerləşən xəstəxana şöbəsinə aparılıb. Məlumatda nə yaşlı qadının geri qayıtmaq imkanının olduğu, nə də Miqrasiya Xidmətinin onu geri deportasiya edə bildiyi bildirilir. Həmçinin sığınacağa müraciət olunsa da, orada əcnəbilərin qəbul edilmədiyi deyilib. Eyni zamanda Meçnikov adına dairə kliniki xəstəxanası, 7 və 15 saylı şəhər xəstəxanaları da qadını qəbul etməyiblər. Könüllülər mərkəzinin də qadından imtina etdiyi bildirilir.
Məlumata görə, problemi həll etmək üçün göstərilən bütün cəhdlər uğursuz alınıb.
Hazırda qadın Dnepropetrovskda Çeçelevskaya müvəqqəti sığınacağına yerləşdirilib.