Artıq çəkiləri ilə moda dünyasında "90-60-90" modellərin hakimiyyətinə son qoyan Eşli Qrehem (Ashley Graham) bu dəfə özü kimi kök qadınlar üçün geyimlər dizayn edib.
Unikal.org axşam.az-a istinadən məlumatına görə, 27 yaşlı modelin hazırladığı geyimləri digər kök modellər Sabina Karllson, Cordun Vudsla yanaşı özü də podiumda təqdim edib.
Qadınlara öz bədənləri ilə barışıq olmağa çağıran E.Qrehem iddialı alt paltar kolleksiyasını nümayiş etdirib. O, kolleksiyasında kök qadınların kilolarını gizlətməyə ehtiyac olmadığını göstərməyə çalışıb. Model "Kök qadınlar utanmasınlar, ehtiyac yoxdur" deyib.
Qeyd edək ki, Eşli 2010-cu ildə bəri Castin Ervinlə ailəlidir. İşlərinə görə ayrı şəhərlərdə yaşayan cütlük evliliklərinin bu şəkildə daha yaxşı davam etdiyini deyirlər.