"Azərbaycanda hazırda fəaliyyət göstərən bankların heç birinin lisenziyasını geri çağırmağı planlaşdırmırıq və mətbuatda bu mövzuda gedən spekulyasiyalar əsassızdır".
Unikal.org xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurasının Azərbaycanın IV maddə üzrə icmalının nəticələrinə əsasən ölkədə bir neçə bankın bağlanacağı ilə bağlı məlumatlara münasibətində deyilir.
"Beynəlxalq Valyuta Fondunun bu məlumatı ilə bizdə tanışıq. Bu hesabat Fondun iyun ayında Azərbaycana olan missiyası əsasında hazırlanıb. Bu missiyadan sonra iyul ayının sonunda biz 4 bankın lisenziyasını ləğv etdik və öncədən lisenziyası geri çağırılmış 2 bankın ləğvetmə prosesin başladıq. Bu proses artıq başa çatıb, hazırda fəaliyyət göstərən bankların heç birinin lisenziyasını geri çağırmağı planlaşdırmırıq və mətbuatda bu mövzuda gedən spekulasiyalar əsassızdır", - deyə məlumatda vurğulanıb.